İranda 23 deputatda koronavirus aşkarlanıb
Mart 03
15:42
2020
İranda koronavirusdan daha 12 nəfər ölüb, 523 yeni yoluxma halı müəyyən edilib.
Bu barədə İranın Səhiyyə nazirinin müavini Əli Reza Rəisi Tehranda keçirilən mətbuat konfransında bildirib.
"Koronavirus diaqnozu qoyulan 291 nəfər sağalaraq evlərinə buraxılıb. Ən çox yoluxma halı Tehran, Qum şəhərlərində və Gilan əyalətində qeydə alınıb".
Konfransda İran parlamentinin 23 deputatının koronavirusa yoluxduğu bildirilib.