İranda "3+3" formatı çərçivəsində regional məsələlər müzakirə olunacaq
Oktyabr 23
11:08
2023
İran Yaxın Şərqdəki gərginliklər fonunda bu gün "3+3" formatı çərçivəsində Azərbaycan-Ermənistan danışıqlarına ev sahibliyi edəcək.
APA "Reuters"ə istinadən xəbər verir ki, İran, Türkiyə və Rusiya xarici işlər nazirləri Azərbaycan və Ermənistandan olan həmkarları ilə görüşərək sülh sazişi istiqamətindəki proqresi müzakirə edəcək.
Qeyd edək ki, Gürcüstan XİN ötən gün 3+3 təşəbbüsü çərçivisində Tehranda keçiriləcək görüşdə iştirak etməyəcəyini bəyan edib.
İRNA xəbər agentliyi İran Xarici İşlər Nazirliyinə istinadən məlumat yayıb ki, ölkələr regional məsələləri "qeyri-regional və Qərb ölkələrinin müdaxiləsi olmadan" müzakirə etmək istəyirlər.
Rusiyanın "İnterfax" xəbər agentliyi xarici işlər naziri Sergey Lavrovun görüşlə bağlı Tehrana səfər edəcəyi məlumatını yayıb.