Iranda ayətullah qətlə yetirilib
Aprel 26
14:16
2023
Bu gün İranın Dini Ekspertlər Şurasının üzvü ayətullah Abbas Əli Süleymani Babolsər şəhərində silahlı hücum zamanı öldürülüb.
Məlumata görə, İran Milli Bankının Babolsər filialında şəxsi bank məsələlərini həll etməkdə olan Ayətullah Süleymani silahlı şəxsin hücumuna məruz qalıb və nəticədə dünyasını dəyişib.
Şahidlərdən biri hadisənin təfərrüatları barədə bunları deyib:
"Ayətullah Süleymani bankda oturarkən hücum edən şəxs bankın mühafizəçisinin silahını qəfil ələ keçirib ona atəş açıb. Hadisə nəticəsində daha üç nəfər yaralanıb”.
Qeyd olunur ki, qətlə yetirilən din xadimi İranın ali rəhbəri Əli Xameneyinin Sistan və Bəluçistan əyalətindəki keçmiş nümayəndəsi və etnik bəluçların yaşadığı Zahidan şəhərinin sabiq imam-cüməsi olub.