SON XƏBƏR

İranda casus şəbəkəsi aşkar edilib

Fevral 16
00:57 2018
İranda casus şəbəkəsi aşkar edilib.
 
Tehran şəhərinin prokuroru Abbas Cəfəri Dövlətəbadi keçirdiyi mətbuat konfransında deyib ki, həbs olunanlar İran əleyhinə casusluqda şübhəli bilinirlər və onların fəaliyyəti ciddi şəkildə araşdırılır.
 
O qeyd edib ki, ekoloji problemlərlə məşğul olmaq adı altında İrana daxil olanlar strateji müəssisələrin yaxınlığında kameralar qurub müşahidə aparıblar. Onların məqsədləri İranın raket proqramı haqqında məlumat toplayıb xarici dövlətlərin kəşfiyyat orqanlarına ötürmək olub.
 
Prokuror bildirib ki, həbs olunanlardan Kavis Seyid İmami həbsxanada özünə qəsd edib. O, fakt qarşısında qalaraq törətdiyi cinayətin ağırlığını başa düşüb. Onun casusluq fəaliyyəti ilə məşğul olmasını sübuta yetirən faktlar mövcuddur. Digər həbs olunanlar da K.S.İmaminin əleyhinə ifadə veriblər.
 
Xatırladaq ki, K.S.İmaminin həbsxanada vəfat etməsi İranda geniş müzakirə mövzusu olmuşdu. Qeyd olunurdu ki, guya ekoloq döyülərək öldürülüb. Məsələ İran İslam Şurası Məclisinin (parlamentin) də müzakirəsinə çıxarılmış və ölüm hadisəsinin araşdırılması üçün komissiya yaradılmışdı. Komissiyaya rəhbərlik edən parlamentin sədr müavini Əli Motahiri araşdırmaların nəticəsini parlamentə təqdim edib və aydın olub ki, K.S.İmami doğrudan da özünə qəsd edib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook