İranda etirazlarda ölənlərin sayı 500-ü ötüb
Dekabr 20
10:39
2022
İranda etirazlarda 503 nəfər həlak olub.
"Report” xəbər verir ki, bu barədə ABŞ mərkəzli İranda Hüquq Müdafiəçiləri təşkilatı teleqramda məlumat yayıb.
Qeyd olunub ki, 26 şəhrivər (17 sentyabr) tarixindən aparılan hesablamaya görə, 18 452 nəfər həbs olunub. Onlardan 3 976 nəfərin kimliyi və saxlanılma yeri bəlli deyil. Eyni zamanda, həbs olunan 652 nəfər tələbədir. Nümayişlərə 144 universitetin öyrənciləri qoşulub.
Məlumata görə, ölkənin 161 şəhərini əhatə edən aksiyalarda güc strukturlarının 62 nümayəndəsi öldürülüb.