İranda hərbi hissədə atışma baş verib - Ölənlər var
Yanvar 22
01:15
2024
İranın Kerman vilayətində yerləşən Bağin hərbi hissəsində əsgər odlu silahdan atəş açaraq 5 hərbçini öldürüb.
Cinayəti törədən hərbçinin hadisə yerindən qaçdığı və onun saxlanılması yönündə əməliyyatların davam etdirildiyini bildirib.
APA xəbər verir ki, bu baradə İran mediası məlumat yayıb.
Məlumata əsasən, İran Ordusunun Cənub-Şərqi Korpusunun komandanı Əmir Qulamian sözügedən insidenti təsdiq edib.