SON XƏBƏR

İranda məktəbli qızlar da hicablarını atdı

Oktyabr 05
11:49 2022
İranın bir sıra şəhərlərində məktəbli qızlar hicabı "səhv” geyindiyinə görə əxlaq polisi tərəfindən saxlanılan Məhsa Əminin ölümündən sonra ölkəni bürümüş etirazlara qoşulublar.

Qaynarinfo xəbər verir ki, BBC İranın bir şəhərində orta məktəb şagirdlərinin hicablarını cırıb başlarının üstündə yelləyərək anti-klerikal şüarlar səsləndirdiklərini əks etdirən sosial media videoların həqiqiliyini təsdiqləyib. Bunlar təxminən son iki həftə ərzində İran şəhərlərinin küçələrində etirazçıların istifadə etdiyi şüarlardır.

Bazar ertəsi sosial şəbəkələrdə Tehran yaxınlığında yerləşən Kərəc şəhərindən bir video yayılıb. Videoda hicabsız qızlar, böyük ehtimalla yerli məmur olan kişini məktəbdən qovurlar. Videoda "Ayıb olsun!” şüarları eşidilir və kişi uzaqlaşana qədər ona boş plastik butulkalar atırlar.

Kərəcdən başqa bir videoda, yenə də şagirdlər "Birləşməsək, bizi bir-bir öldürəcəklər!” qışqırırlar.

İranın cənubundakı Şirazda bazar ertəsi onlarla məktəbli qız hicablarını yelləyərək "Diktatora ölüm!” qışqıraraq əsas küçələrdən birini bağlayıblar. Ehtimal edilir ki, bu, ölkədə bütün yekun siyasi qərarları qəbul edən İranın ali lideri Ayətullah Əli Xameneiyə ünvanlanan sözlərdir.
 
Çərşənbə axşamı Tehranda və kürdlərin məskunlaşdığı Səkkəzə və Sənəndəj şəhərlərində də məktəbli qızların etiraz aksiyaları keçirməsi barədə xəbərlər var.

Məktəbli qızların bəziləri hicabsız, digərləri orta barmağını iki iranlı ayətullah - Xamenei və Xomeyninin portretlərinə tuşlayıblar.

Məktəbli qızların etirazları bunları iğtişaşlar adlandıran və onlara görə İsrail və ABŞ-ı günahlandıran Ayətullah Xameneinin çıxışından bir neçə saat sonra başlayıb. O, etirazları güc yolu ilə yatırmağa çalışan təhlükəsizlik qüvvələrinə də dəstək verib.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook