İranda SEPAH-ın kəşfiyyat idarəsinin rəisinə sui-qəsd edilb
İyun 23
11:53
2022
İran İnqilab Keşikçiləri Qvardiyasının (SEPAH) Təhlükəsizlik İdarəsinin (kəşfiyyat) rəisi Hüseyn Tayebəyə sui-qəsd edilib.
"Report” xəbər verir ki, məlumatı "Alarabiya.net” yayıb.
Bildirilib ki, İsrailin təhlükəsizlik orqanları onun Türkiyə və başqa ölkələrdə israilli turistlərə qarşı sui-qəsddə iştirakını təsdiqləyərək fəaliyyətini izlədiklərini açıqlayıblar.
Məlumata görə, İranda baş verən nüvə alimləri və qvardiya zabitlərinin müəmmalı ölümlərindən sonra Hüseyn Tayebə bu yaxınlarda işdən çıxarılıbmış.
H.Tayebə 1963-cü ildə Tehranda anadan olub. O, qvardiyanın əsas kadr bazası sayılan yarımhərbi "Bəsic” təşkilatının başçısı işləyib. 2009-2019-cu illərdə isə İnqilab Keşikçiləri Qvardiyası kəşfiyyatı başçısının koməkçisi olub. Onun adı ölkədə bəzi din xadimlərinin qalmaqallı qətllərində də hallanır.
Hüseyn Salaminin qvardiyaya rəhbərlik etdiyi dövrdə (2019-cu ildən) SEPAH-ın Kəşfiyyat İdarəsi ilə Strateji Kəşfiyyat birləşdirilərək İnqilab Keşikçiləri Qvardiyası Kəşfiyyat Təşkilatı adlanıb. Yeri gəlmişkən, 2006-cı ildə BMT Təhlükəsizlik Şurasının 1737 saylı qətnaməsinə əsasən, ballistik raketlər üzrə proqramda iştirakına görə Hüseyn Salamiyə sanksiya tətbiq edilib.