SON XƏBƏR

İranda spirtli içkidən 118 nəfər zəhərləndi, 10 nəfər öldü

Sentyabr 28
13:16 2018
İranın cənubundakı Bəndər-Abbas şəhərində saxta içkidən zəhərlənən 118 nəfərdən 10-u həyatını itirib.

Open.az İran KİV-nə istinadən xəbər verir ki, bu barədə Hürmüzgan Tibb Fakültəsi İctimaiyyətlə Əlaqələr müdiri Fatma Nevruziyan məlumat verib.

O, 118 nəfərin içkidən zəhərlənməsi diaqnozu ilə xəstəxanaya yerləşdirildiyini bildirib. Zəhərlənənlərdən 10 nəfər dünyasını dəyişib, bəzilərinin vəziyyəti isə ağırdır.

Hürmüzgan Polis Rəis Müavini Məhəmməd Şərifi də hadisədən sonra istintaq başlanıldığını və saxta içki alverçilərinin aşkar edildiyini bildirib. Şərif istintaq çərçivəsində bu ana qədər bir adamın saxlanıldığını qeyd edib.

Qeyd edək ki, İran qanunlarına görə, spirtli içki istehsal edən, alış-satışı ilə məşğul olanlar həbs və qırmanc cəzasına məhkum edilir.
 
Qlobal.Az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook