İrandan növbəti nüvə addımı
Noyabr 05
13:58
2019
İran nüvə sazişindən imtina üçün növbəti addımı atmağa hazırlaşır.
Qaynarinfo xəbər verir ki, bu barədə prezident Həsən Ruhani açıqlama verib. Sabahdan etibarən razılaşmadan imtina istiqamətində 4-cü addım atılacaq.
Hazırda Fordo zavodunda 1044 sentrifuqa var və onlar qazlaşdırılmır. 6 noyabrda sentrifuqaların qazlaşdırılması başlayacaq. Prosesə Beynəlxalq Atom Enerjisi Agentliyi nəzarət edəcək.
İran prezidenti açıqlamasında nüvə sazişisi imzalamış ölkələrə müraciət edərək geri addım atmağın hələ də mümkünlüyündən danışıb və onları öhdəliklərini yerinə yetirməyə səsləyib.
Qeyd edək ki, ABŞ ötən ilin may ayında nüvə razılaşmasından çıxıb. İran isə bu ilin may ayından etibarən sazişin şərtlərindən mərhələli şəkildə imtina edir.