İranlı general: “Tramp bizə xəbər göndərdi ki, səhralıq ərazini vuracağıq, xahiş edirik cavab verməyin...”
İyul 08
12:52
2019
Ötən bazar günü iyunun 7-də İranın mülki müdafiə Təşkilatının komandanı general Qulam Rza Cəlali ABŞ prezidenti Donald Trampdan "məhdud hərbi əməliyyatlar” barədə xəbərdarlıq aldıqlarını təsdiqləyib.
Virtualaz.org xəbər verir ki, generalın sözlərinə görə ABŞ pilotsuz təyyarəsinin vurulmasından sonra "sifətini saxlamaq” üçün İrana qarşı məhdud hərbi əməliyyat həyata keçirmək istəyirdi.
ABŞ-ın "Global Hawk" strateji pilotsuz kəşfiyyat təyyarəsi iyun ayında Hörmüz boğazı üzərində İslam Keşikçiləri Korpusu tərəfindən vurulub. İran bəyan edib ki, təyyarə ölkənin hava sərhədlərini pozub. ABŞ isə təyyarənin beynəlxalq hava məkanında vurulduğunu bildirib.