SON XƏBƏR

İranın energetika naziri: “Ermənistanla iqtisadi əməkdaşlığı genişləndirməyə hazırıq”

Dekabr 06
09:32 2016
"İran Ermənistanla iqtisadi əməkdaşlığı genişləndirməyə hazırdır”.

"Report” "news.am”a istinadən xəbər verir ki, bunu İran İslam Respublikasının energetika naziri Həmid Çitçian İran-Ermənistan hökumətlərarası birgə komissiyanın açılışında bildirib. 

"Ermənistan Prezidenti Serj Sarqsyanın Tehrana qarşıdan gələn səfəri iki ölkə arasında energetika və iqtisadi əməkdaşlıq sahəsində əməkdaşlığın inkişafına yaxşı imkanlar açır” - iranlı nazir vurğulayıb. 

O deyib ki, hökumətlərarası komissiyanın gündəliyində üçüncü elektrik ötürücüsü xəttinin tikintisi layihəsi, Şimal-Cənub nəqliyyat dəhlizi, eləcə də körfəzdən Qara dənizədək boru-kəmərinin çəkilməsi məsələləri var. Xatırladaq ki, komissiyanın iclasında Ermənistanın energetika naziri Aşot Manukyan iştirak edir. Ermənistan KİV-i İran Prezidenti Həsən Ruhaninin Yerevana səfər edəcəyini yazıb. Ancaq həmin müddətdən iki həftə keçsə də bu səfər baş tutmayıb. 





Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook