İranın gizli planı ifşa edildi - SEPAH-a qarşı yeni ittiham
Avqust 11
12:09
2022
ABŞ Ədliyyə Nazirliyi İranın prezidentin keçmiş milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltona qarşı sui-qəsd planını hazırlamağa çalışdığını açıqlayıb.
Açıqlamada qətl planının İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) tərəfindən hazırlandığı deyilib.
2021-ci ilin oktyabr ayından SEPAH üçün işləyən 45 yaşlı Şəhram Pursəfi "Qüds” qüvvələrinin komandiri Qasım Süleymaninin qisasını almaq üçün Con Boltonu qətlə yetirmək üçün paytaxt Vaşinqton ətrafında bəzi şəxslərlə danışıqlar aparıb.
Mehdi Rzayi kimi də tanınan iranlı Boltonu Vaşinqton və ya Merilenddə öldürmək üçün 300 min dollar təklif edib.
Nazirlik barəsində cinayət işi açılan Pursəfinin hazırda ABŞ xaricində olduğunu və tutulacağı təqdirdə mühakimə ediləcəyini bildirib.