SON XƏBƏR

İranın İrəvandakı səfiri Ermənistanı əmin edib – “Siyasətimiz dəyişməyəcək”

İyun 28
16:47 2024
"Tehran Ermənistanın beynəlxalq səviyyədə tanınmış sərhədlərinin istənilən formada dəyişdirilməsinə, eləcə də istənilən geosiyasi dəyişikliyə qarşıdır”.

"AzPolitika” xəbər verir ki, bunu İranın Ermənistandakı səfiri Mehdi Sobhani bu gün keçirdiyi mətbuat konfransında bildirib. Diplomat vurğulayıb ki, İran və Ermənistan hökumətlərinin dəyişib-dəyişməməsindən asılı olmayaraq, bu prinsipial siyasət heç vaxt dəyişməyəcək.

"Ermənistan bizim üçün çox vacib ölkədir. O, bizim yaxşı, vicdanlı qonşumuzdur və iki ölkənin təhlükəsizliyi bir-biri ilə bağlıdır”, - deyə səfir vurğulayıb.

Səfir Ermənistanın Fələstin dövlətini tanımasına toxunaraq, İranın bu mövqeyi alqışladığını vurğulayıb.

"Ermənistan Respublikasının atdığı bu cəsarətli və müsbət addım beynəlxalq ictimaiyyətin Fələstin xalqının hüquqlarına dəyər verdiyini göstərir", - Sobhani bildirib.

İyunun 21-də İrəvan Fələstin dövlətini tanıdığını elan edib. İsrail isə İrəvanın bu qərarına sərt tənqidlə reaksiya verib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook