SON XƏBƏR

İRANIN YENİ ALİ DİNİ RƏHBƏRİ KİM OLACAQ? – İsrailin kəşfiyyat xidməti açıqladı

Avqust 22
13:32 2023
İranın hazırkı Prezidenti İbrahim Rəisi ölkənin növbəti ali dini lideri ola bilər.

"AzPolitika.info” xəbər verir ki, belə bir iddia ilə İsrail ordusunun "Aman” Hərbi Kəşfiyyat Xidməti çıxış edib.

Kəşfiyyat xidməti İbrahim Rəisinin iki illik fəaliyyətinə toxunaraq, onun Əli Xameneyidən sonra İranın növbəti ali dini lideri ola biləcəyini bildirib.

Sözügedən xidmət qeyd edib ki, İbrahim Rəisi rəhbərliyi ələ keçirmək üçün əmin vəziyyətdədir və bu məqsəd üçün heç bir ciddi təhlükə yoxdur.

"Aman” Təşkilatı bildirib ki, Qərb kəşfiyyatı da İbrahim Rəisinin Əli Xameneyinin yerinə keçə biləcəyini düşünür.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook