SON XƏBƏR

İranla Azərbaycan milli valyuta ilə ticarət edə bilər

Fevral 10
23:26 2017
Gələn həftə İran və Azərbaycan hər iki ölkənin kommersiya bankları arasında hesablaşma hesablarının açılması barədə daha əvvəl əldə olunmuş razılaşmanı müzakirə edəcək.
 
Bu sözləri Trend-ə İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə deyib.
 
Səfirin sözlərinə görə, bununla əlaqədar İran Mərkəzi bankının rəhbəri Vəliulla Seyf fevralın 12-i Bakıya səfər edəcək.
 
Bundan başqa, V.Seyf səfəri zamanı qarşılıqlı ticarətdə milli valyutalardan istifadə olunması imkanlarını da müzakirə edə bilər.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook