SON XƏBƏR

İranlı deputat Süleymanini təhqir etdiyinə görə iki illik həbs edildi

Avqust 16
17:44 2022
Çərşənbə axşamı, avqustun 16-də "Fars" xəbər agentliyi xəbər verib ki , Gərmsar millət vəkilinin nəzarəti altında olan bir teleqram kanalında Qasım Süleymanini təhqir etdiyinə görə iki il həbs cəzasına məhkum edilib. 

Qaynarinfo bu barədə Azadliq Radiosuna istinadən xəbər verir.

Yerli KİV-in məlumatına görə, Gərmsar və Aradanın parlamentdəki nümayəndəsi, əvvəllər polis komandiri olmuş, "Hesab vermə" adlı Telegram kanalının baş direktoru Ərdəşir Motəhhəri Tehran İnqilab Məhkəməsinin 67-ci şöbəsinin hökmüylə azadlıqdan məhrum edilib. 

Bununla belə, Motəhhəri "Tasnim" xəbər agentliyinə deyib: "Parlament nümayəndəsinin məhkəmə toxunulmazlığı var və mənə qarşı qəti hökm çıxarılmayıb. Şərti azadlıqdan məhrum etmənin effektli təsiri yoxdur, həmim qanunsuz qərara da etiraz haqqım var".

Qeyd edilir ki, Motəhhəri teleqram kanalında general Qasım Süleymaninin Suriyadakı fəaliyyətini kəskin tənqid edib, ümumiyyətlə, İranın Suriyaya hərbi müdaxiləsini pisləyərək onu gərəksiz və yanlış adlandırıb.




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook