İraq hökuməti İsveçə qarşı tələb irəli sürdü: “Quranı yandıran şəxsi bizə verin!”
İyun 30
10:07
2023
İraq hakimiyyəti Stokholmda müsəlmanların müqəddəs kitabını ictimai şəkildə yandıran iraqlı mühacir Salvan Momikanın ekstradisiyasını tələb edir.
"AzPolitika.info” TASS-a istinadla xəbər verir ki, bu barədə İraq XİN sözçüsü Əhməd əs-Sahhaf bildirib.
Cümə axşamı İsveçin Bağdaddakı səfiri Jessika Svardström İraq Xarici İşlər Nazirliyinə çağırılıb və orada baş verənlərlə bağlı "qətiyyətli etirazını" bildirib. Departament vurğulayır ki, "heç bir hüquqi əsas və söz azadlığı dini atributları təhqir etməyə haqq qazandırmır”.