SON XƏBƏR

İraq Respublikasının nümayəndə heyəti STP-ni ziyarət edib

Avqust 10
14:06 2021
İraq Respublikasının Rabitə naziri cənab Arkan Şihab Əhməd Əl-Şaibaninin rəhbərliyi ilə bir neçə gündür ki Azərbaycanda rəsmi səfərdə olan İraq rəsmiləri STP-ni ziyarət ediblər.

İraqın Tikinti və Şəhərsalma Nazirinin müavini, cənab Yılmaz Şahbaz Abbasın başçılıq etdiyi deleqasiyanı İqtisadiyyat nazirinin müavini cənab Niyazi Səfərov və STP-nin baş direktoru cənab Ruslan Ağabəylinin rəhbərlik etdiyi Azərbaycan heyəti qarşılayıb.

Qonaqlar ilk öncə STP-nin biznes vahidi olan STP Global Cable şirkətinin Kabel zavodunu ziyarət ediblər. Burada STP-nin Baş direktoru Ruslan Ağabəyli STP Global Cable nümayəndələri ilə birgə qonaqları zavodun istehsal etdiyi kabel məhsulları və elektrik avadanlıqları barədə məlumatlandırıb. Zavodda gəzinti zamanı İraq rəsmiləri istehsalat prosesi və müasir test laboratoriyaları ilə əyani tanış olublar. Hazırda zavodun istehsal etdiyi məhsullar bir necə ölkəyə ixrac olunur. Bunların sırasında Rusiya, Qazaxıstan, Ukrayna, Gürcüstan və Türkiyə kimi ölkələri qeyd etmək olar.

Daha sonra İraq Respublikasının nümayəndə heyəti ilə İqtisadiyyat Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Sumqayıt Kimya Sənayə Parkı və Sumqayıt Texnologiyalar Parkının nümayəndələri ilə dəyirmi masa ətrafında görüş keçirilib. Görüş zamanı qonaqlara Azərbaycanda investisiya mühiti, qeyri-neft sektorunun inkişafı üçün görülən işlər, STP-nin genişçeşidli istehsalatı və ixrac uğurları barədə ətraflı məlumat verilib.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook