İraqda Amerikanın sərt əleyhdarı olan iki siyasi cinah vahid koalisiya yaradıb - VİDEO
Sentyabr 13
10:23
2018
Dörd ay bundan öncə İraqda keçirilən taleyüklü parlament seçkilərindən sonra ilk yerləri tutan siyasi cinahlar çoxluğu ehtiva edən koalisiyanı yarada bilməmişdilər. Son günlərdə bəzi cinahlar arasında sövdələşmə baş tutub.
SalamNews Sumariya Agentliyinə istinadla xəbər verir ki, İraq parlament seçkilərində daha çox kürsüləri əldə etmiş Müqtəda Sədrin başçılıq etdiyi "Sairun” fraksiyası ilə Haşd-Şabinin sabiq komandiri İran meyilli Hadi əl-Amirinin başçılıq etdiyi "Fəth” fraksiyaları vahid koalisiyanın yaradılmasını növbəti dəfə elan ediblər.
Ötən gün Müqtəda Sədrin ofsindən verilən bəyanatda bildirilib ki, parlament seçkilərində bir və ikinci yerləri tutumuş "Sairun” və "Fəth” fraksiyaları hökümətin təşkili üçün işlərin sürətlənməsində razılığa gəliblər.
İraqda Amerika əleyhdarı olan sözügedən iki fraksiya bundan öncə də vahid koalisiya yaratmaqla bağlı ilkin razılıq əldə etmişdilər.
İraq parlament seçkilərində 3-cü yeri tutmuş hazırki baş nazir Heydər əl-Abadinin başçılıq etdiyi "Nəsr” farksiyası isə digər siyasi blokları xüsusilə də Səudiyyə və ABŞ meyilli siyasi cinahları koalisiya yaratmağa çağırıb.
İraq parlamenti cari həftənin şənbə günü çoxluğu ehtiva edən siyasi koalisiyanı açıqlayacaq və bu koalisiya gələn 5 il üçün İraq hökumətini təmsil edəcək.