SON XƏBƏR

İrəvan Ankara ilə Araz çayı üzərində bənd tikintisi layihəsini razılaşdırır

Yanvar 13
11:54 2024
Ermənistan Araz çayının əvvəlki məcrasına qaytarılması üçün zəruri olan bənd tikintisi layihəsini lazım gələrsə, Türkiyə ilə razılaşdırır.

"Report” "Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

"Hazırda layihə sənədlərinin Rusiya sərhəd qoşunlarının rəhbərliyi ilə, lazım gəldiyi məqamlarda isə Türkiyə tərəfi ilə razılaşdırılması üçün müzakirələr aparılır. Onlar başa çatdıqdan sonra tikinti işlərinə başlanılacaq”, - məlumatda deyilir.

Müqavilə və layihə sənədlərinə əsasən tikinti işlərinin müddəti 16 ay olacaq.

Araz çayını əvvəlki məcrasına qaytarmaq üçün bənd tikintisinin dəyəri təxminən 1 milyon ABŞ dolları təşkil edəcək.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook