İrəvan Bakıdan sülh müqaviləsi ilə bağlı təkliflər paketi aldığını təsdiqləyib
Dekabr 25
16:24
2023
İrəvan Bakıdan sülh müqaviləsi ilə bağlı daha bir təkliflər paketi alıb.
Yada salaq ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov rəsmi Bakının bu il noyabrın sonunda İrəvandan sülh müqaviləsi ilə bağlı növbəti təkliflər paketini aldığını bildirmişdi.
"Bir ay ərzində hazırladığımız təkliflər paketi Ermənistana təqdim olundu. Proses davam edir. Düşünürəm ki, görüşlər 2024-cü ildə baş tutacaq. Biz bu məsələyə real və optimist baxırıq. Eyni zamanda, sülh sazişindən danışarkən başa düşməliyik ki, o, hər şeyi 100 faiz həll etməyəcək”, - deyə o bildirib.