"İrəvan bizim işimizdə iştirak etmir" - KTMT-nin Baş katibi
Mart 28
11:21
2024
Ermənistan son vaxtlar Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) katibliyinin işində iştirak etməyib, lakin katibliyə İrəvandan üzvlüyün dayandırılması ilə bağlı heç bir rəsmi açıqlama daxil olmayıb.
"Report” xəbər verir ki, bunu KTMT-nin Baş katibi İmanqali Tasmaqambetov Rusiyanın "Milli Müdafiə" jurnalına müsahibəsində deyib.
"Biz, təbii ki, analitiklərimizin və onların əlində olan vasitələrin köməyi ilə Ermənistan ətrafındakı vəziyyəti və Ermənistanla KTMT arasındakı münasibətləri təhlil edirik. Gizlətməyəcəm ki, erməni elitasında müəyyən hadisələr narahatlıq doğurur. Amma biz Ermənistan rəhbərliyinin siyasi ayıqlıq nümayiş etdirəcəyinə və təşkilatla bağlı müxtəlif ssenarilərin həyata keçirilməsi perspektivlərinin düşünülmüş şəkildə qiymətləndirilməsinə ümid edirik. Xüsusi qeyd edim ki, Ermənistan bizim müttəfiqimiz olaraq qalır, bütün mövcud öhdəliklər qüvvədədir”, - o bildirib.
Baş katib KTMT-nin genişləndirilməsinin mümkünlüyünü istisna etməyib və qeyd edib ki, hərbi-siyasi alyansa ehtiyac xeyli artmaqdadır.