İrəvan xanlığı ilə bağlı əsərlər ispan və ərəb dillərində də çap olundu
İyul 31
17:22
2019
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunda İrəvan xanlığının tarixinə dair 4 adda əsər ispan və ərəb dillərində çapdan çıxıb.
Tarix İnstitutunun ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, "İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi” və digər fundamental tədqiqatlar kimi bu əsərlər də Prezident İlham Əliyevin təşəbbüsü ilə yazılıb.
Bu kitabçalar Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi "İrəvan xanlığının tarixinə dair 4 adda broşürün nəşr olunması” layihəsi çərçivəsində "Azərbaycan Tarixçiləri” İctimai Birliyi tərəfindən nəşr olunub. Layihənin rəhbəri və nəşrlərin elmi redaktoru Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov, texniki redaktor isə fəlsəfə doktoru Mehri Xanbabayevadır. Bu əsərlər Tarix İnstitutunun Elmi Şurasının qərarı ilə çap olunub.
"İrəvan xanlığı: Erməni vandallarının yox etdiyi Xan sarayı” və "İrəvan xanlığı: Erməni vandallarının yox etdiyi İrəvan məscidləri” adlı kitabçaların müəllifi tarixçi alim Nazim Mustafadır. Əsərlərdə yazılır ki, erməni rəssamlarından Martiros Saryan, Setrak Arakelyan, Anuş Sahinyan və Qabriel Gürcyanın 1920-1930-cu illərdə çəkdikləri rəsm əsərlərində Göy məscid İrəvan şəhərinin simvolu kimi əks etdirilib. Hazırda Ermənistan rəsmiləri isə Göy məscidi "Fars məscidi” kimi təqdim edir və xaricdən gələn qonaqlara yaşı 200 ildən yuxarı bircə dənə də olsun ermənilərə məxsus tarixi abidə göstərə bilmirlər.
"İrəvan xanlığı: İrəvan qalası – qəhrəmanlıq qalası” və "Çuxursəd hakimləri və İrəvan xanları” adlı kitabçaların müəllifi isə tarixçi alim Güntəkin Nəcəflidir. Əsərlərdə qeyd edilir ki, İrəvan qalası Azərbaycan Səfəvi dövlətinin banisi Şah İsmayıl Xətainin göstərişi ilə səfəvi sərkərdəsi Rəvanqulu xan tərəfindən XVI əsrin əvvəllərində tikdirilib. İrəvan xanlığını Azərbaycanın yerli türk tayfalarının nümayəndələri olan xanlar idarə etmişlər.
Xatırladaq ki, İrəvan xanlığının tarixi ilə bağlı həmin nəşrlər bundan əvvəl ingilis, rus, erməni və fars dillərində də çap olunub.