SON XƏBƏR

İrəvanda Ermənistan və Fransanın müdafiə nazirləri arasında görüş başlayıb

Fevral 23
11:04 2024
Ermənistanın müdafiə naziri Suren Papikyan bu gün İrəvana rəsmi səfər edən fransalı həmkarı Sebastyan Lekornunu qəbul edib.

"Report” xəbər verir ki, bu barədə Ermənistanın müdafiə naziri sosial şəbəkələrdə məlumat yayıb.

"Mənim dəvətimlə fevralın 22-də Fransanın müdafiə naziri Sebastyan Lekornunun başçılıq etdiyi nümayəndə heyəti Ermənistana rəsmi səfərə gəlib. Bu gün Müdafiə Nazirliyinin inzibati kompleksində təntənəli qarşılanma mərasimi olub”, - o bildirib.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook