İrəvanda növbəti etiraz aksiyası keçirilir
Noyabr 23
13:27
2023
İrəvanda avtomobil idxalçıları Vergi Məcəlləsinə edilən düzəlişlərdən narazı olduqları üçün hökumət binası qarşısında etiraz aksiyası keçirirlər.
"Report” xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.
Qəbul edilmiş düzəlişlər hüquqi şəxslərə ölkəyə gətirdikləri avtomobilləri maya dəyərindən 20 faiz baha qiymətə satmağa məcbur edir.
İdxalçılar hesab edir ki, bu qiymətlərin artmasına və satışların sayının azalmasına səbəb olacaq.