İrəvanda Qriboyedovun heykəlini təhqir etdilər
Dekabr 03
14:15
2019
Aktivist - siyasi dustaq Şant Harutyunyanın oğlu Şahen Harutyunyan İrəvanda Qriboyedovun heykəlini qırmızı boya ilə rəngləyib.
Ermənistandakı Rusiya səfirliyi isə hələ ki, susmağa üstünlük verir.
Qaynarinfo xəbər verir ki, o, bu hərəkəti Rusiyada Qaregin Njdeyə qarşı aparılan mübarizəyə cavab olaraq etdiyini bildirir və özünə bəraət qazandırır.
Bəzi mətbuat orqanları onun bu hərəkətini vandalizm kimi qiymətləndirsə də, əksər mətbu orqanlar bunu qoçaqlıq kimi qiymətləndirir.