İrlandiya və İspaniya da Fələstini tanıdı - Rəsmən açıqlandı
May 22
12:38
2024
Norveçin ardınca İrlandiya və İspaniya da Fələstin dövlətini rəsmən tanıdıqlarını bəyan ediblər.
"AzPolitika" xəbəb verir ki, əvvəlcə bu barədə İrlandiyanın baş naziri Simon Harris açıqlama verib. O bildirib ki, qərara İspaniya da qoşulacaq.
Məlumata əsasən, qərar mayın 28-də qüvvəyə minəcək.
Qeyd edək ki, işğalçı İsrail rejimi sözügedən ölkələrin Fələstin dövlətini tanıması fonunda Norveç və İrlandiyadakı səfirlərini geri çağırıb. İspaniya ilə bağlı da oxşar addımı atacağını bəyan edib.
Bir qədər sonra İspaniya da Fələstin dövlətinin müstəqilliyini tanıdığına dair niyyətini təsdiqləyib.
Qeyd edək ki, işğalçı İsrail rejimi sözügedən ölkələrin Fələstin dövlətini tanıması fonunda Norveç və İrlandiyadakı səfirlərini geri çağırıb. İspaniya ilə bağlı da oxşar addımı atacağını bəyan edib.