SON XƏBƏR

"İron İnşaat" MMC dövlətə olan yarım milyon borcunu niyə ödəmir? - Müəmma

Dekabr 03
01:09 2021
Azərbaycanda fəaliyyət göstərən bəzi tikinti şirkətlərinin dövlətə olan vergi borcu günü-gündən artmaqdadır.
 
Qlobal.az xəbər verir ki, dövlətə külli miqdarda vergi borcu olan tikinti şirkətlərindən biri də "İron İnşaat" Məhdud Məsuliyyətli Cəmiyyətidir. 
 
Paytaxtda hündür mərtəbəli yaşayış binalarının tikintisi ilə məşğul olan "İron İnşaat" MMC-nin hazırda 533.764 manat vergi borcu var. 
 
Bir neçə il öncə Nərimanov rayon N.Yusifbəyli küçəsində tikinti işləri aparan "İron İnşaat" MMC sakinlərin mülklərini ucuz almaqda ittiham olunurdu. 
  
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov 2018-ci ildə mediaya verdiyi açıqlamada vətəndaşların ən çox şikayət etdiyi tikinti şirkətlərinin adlarını açıqlayarkən "İron İnşaat" MMC-nin də adını vurğulamışdı. 
 
Qeyd edək ki, "İron İnşaat" MMC 2013-cü ildə təsis edilib. Şirkətin qanuni təmsilçisi Puşkin Əhmədovdur. 
 
Şirkətin külli miqdarda borcunun hansı səbəbə yarandığı bilinmir. 
 
Qlobal.az
 

 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook