İş adamı Lətif Bağırov Azərbaycanda "halal otel" biznesinə başlayacaq
Noyabr 07
00:00
2017
Azərbaycanda turizm sektorunun sürətli inkişafı ortaya bir çox problemlər çıxarıb.
Son illər ölkəyə güclü turizm axını bu sahədə olan xidməti personalın və otellərin yetərincə olmadığını açıq göstərdi. Xüsusən də bəzi otellərin milli-mənəvi dəyərlərə uyğun formada çalışmaması bu sahədə problemlərin olduğunuun açıq göstəricisidir. Heç də təsadüfi deyil ki, son bir neçə ayda ölkədə halal otellərin istifadəyə veriləcəyi barədə informasiyalar yayılmaqdadır.
Bir müddət öncə ölkə mediasına açıqlama verən ekspert Azad Hüseynov da ölkədə halal turizm xidməti göstərən müəssisələrin yaradılmasının vacibliyini vurğulamışdı: "Bu məsələ ilə bağlı Azad İstehlakçılar İctimai Birliyinə çoxsaylı telefon zəngləri daxil olur. Əsas da İslam Həmrəylik Oyunları və ondan sonrakı dövrlərdə ölkəmizə gələn turistlərin sayı artıq bu sahədə ciddi düşünməyə vadar edib.

Bu gün dünya əhalisin (7.5 milyard) hər yeddi nəfərdən biri müsəlmandır (1.7 milyard). Bu öz-özlüyünə böyük rəqəmdir və müvafiq olaraq da turizmdə müəyyən payı var. Umumilikdə halal iqtisadiyyatın həcmi (bank, qida, turizm və s.) 3 trilyon dollar dəyərində qiymətləndirilir. Halal turizm ümumi turizmin təqribən 10 faizin təşkil edir və 2020-ci ilə kimi bu rəqəm 233 milyard dollara çatacaq”.
Qeyd edək ki, bu məlumatın yayılmasından sonra ölkənin bir çox regionlarında halal sertifikatla fəaliyyət göstərəcək otellərin tikintisi planlaşdırılır. Bu otellər əsasən ölkənin cənub hissəsində inşa ediləcək. Burada əsas məqsəd həm də regionun inkişafıdır.
Qlobal.az-ın əldə etdiyi məlumata görə, Azərbaycanda halal otellər şəbəkəsi yaratmaq planı olan iş adamlarında biri də uzun illər Türkiyədə bu xidmət üzrə uğurlu fəaliyyət göstərən Lətif Bağırovdur.
Saytımıza Türkiyədən verilən məlumata görə, artıq Lətif Bağırov bu istiqamətdə müəyyən görüşlər də keçirməkdədir. Nəzərdə tutulan otellərin tikintisinin isə yaxın zamanlarda başlanacağı gözlənilir.
Xatırladaq ki, Lətif Bağırov Türkiyə və Kiprdə xeyli sayda otel və restoranların sahibidir. Onun bu sahə üzrə peşəkar və uğurlu biznesmen olduğu deyilir.
Qlobal.Az