İş adamının “Böyük lider”lik iddiası… – FOTO
Mart 27
16:28
2019
Azərbaycanda bəzi imkanlı adamların, iri məmurların özəl günlərini, doğum tarixlərini xüsusi təmtəraqla qeyd etməsi haqda çox yazılıb. Ölkə Prezidentinin bir neçə dəfə xəbərdarlığından sonra, bunu ictimaiyyətə nümayiş etdirənlərin sayı xeyli azalsa da, hələ də bu "ənənəni” davam etdirənlər var.
Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmovun "sağ əli”, onun çoxsaylı bizneslərinin idarəçisi, "Bank Respublika” ASC-nin Müşahidə Şurasının üzvü, "Səba” ASC, "Biləsuvar Aqro”, "Qarabağ Taxıl” və "Bakı Sığorta” şirkətlərinin əsas səhmdarı olan Natiq Quliyevi də belələrindən hesab etmək olar. Düzdür, onun ad günündə böyük ziyafət təşkil etməsinə dair hər hansı məlumat yayılmayıb. Ancaq sosial şəbəkələrdə ad günü ilə bağlı Natiq Quliyevə ünvanlanmış çoxlu sayda bayağı, şit və hətta əndazəni aşan təbriklərə, təriflərə rast gəlinib. Fevralın 14-də ad gününü qeyd edən Quliyev sosial şəbəkələrdə bir neçə gün təbrik və tərif "yağışına” tutulub…
"AzPolitika.info”ya verilən məlumata görə, bu cür pafoslu təbrik və təriflər Natiq Quliyevin rəhbərliyi altında olan şirkət və müəssisələrdə müxtəlif vəzifələrdə çalışanlar tərəfindən yazılıb. Qəribəsi isə odur ki, bunların yazılmasının təşəbbüskarı bir başqası deyil, məhz özünü mətbuatda "Bank Respublika” ASC-nin yaradıcısı, təsisçisi və sahibi kimi təqdim etdirən cənab Natiq Quliyevin özü olub.
Onu da qeyd edək ki, "Bank Respublika”da ən böyük paya malik olan Quliyevlər ailəsi Elman Rüstəmovun biznesini etibar etdiyi adamlar kimi tanınıb.
Qlobal.az