SON XƏBƏR

İsa bulağı bərpa olundu: Azərbaycan turizmi nə qazanacaq?

Sentyabr 09
15:46 2021
"Hər bir azərbaycanlı üçün Şuşa mədəniyyətimizin və tariximizin rəmzidir. Şuşanın əsas rəmzlərindən olan və tariximizdə xüsusi yer tutan İsa bulağı yenidən bərpa olunub”.

Qaynarinfo xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov deyib. Onun sözlərinə görə, İsa bulağı turizm baxınmdan xüsusi üstünlüyə malikdir:

"İsa bulağı Şuşa şəhərindən iki kilometr aralı, dəniz səviyyəsindən təqribən 1500 metr hündürlükdə, meşədə yerləşir. Tarixi bilgilərə görə, bulaq XVIII əsrdə ilk dəfə meşəlikdə aşkar edilmiş və İsa adını alıb. Öz tarixi yerləri ilə fərqlənən, qürur mənbəyimiz Şuşa şəhəri uzun müddət Qarabağın əsas iqtisadi mərkəzlərindən hesab olunub. Həm şəhər, həm də eyni adlı rayon sənaye, kənd təsərrüfatı və xüsusən emaledici sektorların inkişafı üzrə fərqənib. Şuşa zəngin turizm potensialı ilə fərqlənir. İsa bulağı ilə yanaşı turşsu yaylaqları, Səkili bulağı, Şəmilin bulağı, Cıdır düzü turizm baxınmdan xüsusi üstünlüyə malikdir”. 

Deputat Şuşa şəhərinin yenidən qurulduğunu və bərpa edildiyini bildirib:

"İsa bulağı əvvəlki əzəmətinə qayıtdı. Niyyətində olan hər bir vətəndaşımızın İsa bulağının suyundan dadacağı gün uzaqda deyil”.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook