SON XƏBƏR

İsa Qəmbər yenidən başqanlığa namizəd oldu (FOTO)

Aprel 29
16:20 2024
Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbər Müsavat Partiyasının başqanlığına yenidən namizədliyini irəli sürüb.

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, İsa Qəmbər bu dəqiqələrdə qurultayla bağlı Təşkilat Komitəsinə ərizə təqdim edib. 

Məlumatı Partiyanın İcra Aparatının rəhbəri Gülağa Aslanlı təsdiqləyib.

Qeyd edək ki, Müsavat Partiyasının sədrlik uğrunda mübarizəsinə iki nəfər - Divan üzvü Osman Kazımov və partiya üzvü Natiq Ulubey namizədliyini irəli sürüb.
 
Müsavat Partiyasının XI qurultayı mayın 4-də Suraxanı rayonu, Əmircan qəsəbəsi, Səttar Bəhlulzadə adına Mədəniyyət Evində keçiriləcək.
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook