İşğaldan azad olunmuş torpaqlar nə vaxt turizm üçün açıq olacaq? - İqtisadçı alim
Mart 16
11:57
2021
"Nəinki Azıx mağarasının, Qarabağın işğaldan azad olunmuş hissəsinin yaxın 5 il ərzində xarici turistlər üçün açıq olacağını düşünmürəm”.
Bunu Qaynarinfo-ya açıqlamasında sabiq millət vəkili, iqtisadçı-alim Nazim Bəydəmirli deyib. Onun fikrincə, müharibə vəziyyəti davam etdikcə heç bir kəs stabil olmayan məkana turizm səfərləri etməz:
"Səfərlərin edilməsi üçün turizm infrastrukturunun əlçatanlığı olmalıdır. Ancaq Azərbaycan bu mənada bütövlükdə turizm üçün təbii imkanları üstün olsa da, iqtisadi imkanları üstün deyil. Bölgəmizdə yerləşən Gürcüstana gələn turistlərin 10-15%-i Azərbaycana gəlmir. Təbii ki, uzun müddət Ermənistan-Azərbaycan münaqişəsi davam etdiyi zamanda biz dəfələrlə təkrar etmişik ki, bura turizm üçün əlçatan deyil və münaqişə sonlandıqdan sonra bərpa işləri davam etməli, minalar təmizlənməli, infrastruktur yaradılmalıdır. Bu uzun illər aparacaq. Bunun tez bir zamanda əlçatan olmasını güman etmirəm. Ola bilər ki, daxili maraq olaraq azərbaycanlılar öz vətənlərində turizmi daha çox inkişaf etdirmək üçün buralarda imkanlar əldə edə bilərik”.
Ekspert hesab edir ki, turizmlə bağlı ritorikanı, məsələn, böyük sərmayələr, investisiyalar yatırılacaq kimi fikirləri kənara atmalıyıq:
"Hökümət daha çox fikiri iqtisadiyyatı saxələndirilməsinə yönəltəməlidir, insarçılığın ləvginə yönətməlidir. Turizm bizim ölkə üçün prespektivli sahə deyil. Ən vacib amil ictimai təhlükəsizlik, polis, vətəndaş münasibətləri, fərdlərin və insanların azadlıqlarını təmin etməkdir. Hesab edirəm ki, ilk növbədə ölkə daxilində bir çox islahatlar aparılmalıdır”.