"İşçi institut direktoruna təzyiqlə əmr imzalatdıra bilər?" - AMEA əməkdaşlarının məhkəməsi
Mart 02
19:15
2023
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun sabiq əməkdaşları - tarixçi alim Səbuhi Hüseynov və həyat yoldaşı Gülüstan İsayevanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
APA xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən iclasda müdafiə tərəfinin işin istintaqa qaytarılması ilə bağlı qaldırdığı vəsatət tam elan olunub. Təqsirləndirilən şəxslərin vəkili vəsatəti əsaslandırarkən əlavə sənədlər və fotoşəkillər də təqdim edib.
Səbuhi Hüseynov iştirak etmədiyi ekspedisiyaya görə pul almaqda, həyat yoldaşı isə bu işə görə ona pul ayrılmasına yardım etməkdə ittiham olunur. Vəkil deyib ki, Səbuhi Hüseynovun əlində həmin ekspedisiyalarda iştirak etməsi, üzərinə düşən işləri görməsini təsdiqləyən sənədlər və fotolar var. Lakin istintaq bunu araşdırmayıb.
Təqsirləndirilən şəxslərin vəkili Abusəməd Səmədovun dediyinə görə, Səbuhi Hüseynov və həyat yoldaşı Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutundakı korrupsiyanı, özbaşınalıqları dilə gətirdiklərinə, açıq şəkildə şikayətçi olduqlarına görə institut direktorunun hədəfinə çevriliblər:
"İnstitutun direktoru Maisə Rəhimova ciddi nöqsanlara görə 2021-ci ilin oktyabrında vəzifəsindən azad edilib. O, əvvəldən də Gülüstan İsayevanı hədələyib ki, əgər şikayətlərini dayandırmasa, onlar üçün yaxşı olmayacağını deyib. Ondan sonra da əlaltıları bu işləri davam etdirib. Təsəvvür edin, Maisə Rəhimova dekabrda istintaqa ifadəsində yazır ki, guya Gülüstan İsayevanın təzyiqi ilə qanunsuz əmrlər imzalayıb. Bu absurda kim inanar? Direktora işçi necə qanunsuz əmr imzalatdıra bilər? Guya Gülüstan İsayeva ona Səbuhi Hüseynov haqqında ekspedisiya əmrlərini imzalatdırıb”.
Səbuhi Hüseynov vəkilin dediklərinə əlavə olaraq deyib ki, o, Qarabağ ərazisində tədqiqat aparmağa xüsusi icazə ilə gedib, postlardan keçib. Bunu isə araşdırmaq asan məsələdir. Onun sözlərinə görə, bütün bunlar ekspedisiyalarda iştirak etməməsi haqda ittihamların yalan olduğunu sübut edir.
Məhkəmə işin istintaqa qaytarılması barədə vəsatəti təmin etməyib. Hakim müdafiə tərəfinin göstərdiyi məsələlərin məhkəmə prosesinin gedişində araşdırılacağını bildirib.
Baxış iclası martın 15-ə təyin olunub.
Qeyd edək ki, Səbubi Hüseynov Azərbaycan Milli Elmlər Akademiyasında elmi işçi, onun həyat yoldaşı Gülüstan İsayeva isə kadrlar şöbəsinin müdiri olub.
Onlar işğaldan azad olunmuş ərazilərdə tədqiqat aparılması məqsədilə ayrılmış vəsaitlərin 92 min manatını mənimsəməkdə ittiham olunurlar.
Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israfetmə) və 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb. Onların hər ikisi barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilib.

Qlobal.az