İşdə xəsarət alan fəhlə Bakı Konqres Mərkəzindən şikayətçidir
İyun 20
09:06
2023
"Mənə dəyən maddi-mənəvi ziyan ödənilmir”
İş prosesində ağır xəsarət alan Bakı Konqres Mərkəzinin keçmiş əməkdaşı İlmar Əliyev deyir ki, nə müalicə xərcləri qarşılanıb, nə də ona dəyən zərər ödənib.
Baş verənlərlə bağlı Meydan TV-yə danışan 42 yaşlı İlmar Əliyev deyir ki, 2021-ci ilin sentyabırında iş görərkən kran üzərinə aşıb, nəticədə əmək qabiliyyətini itirib.
Əliyevin sözlərinə görə, iki dəfə əməliyyat olunub, dizinə implant qoyulub.
Heç yerdə işləyə bilmir, ailəsi yaşlı anasının cüzi təqaüdü ilə dolanır. Deyir ki, maddi durumu ağır olduğundan müalicəsini də davam etdirə bilmir.
"Mərkəzdə fəhlə kimi çalışırdm. Təkərli qurğulardan biri təmirə getməli idi. Məni və digər iki fəhləni kömək üçün çağırdılar. Mən digərlərindən daha hündür olduğum üçün qurğunun qarşı tərəfindən, digər iki nəfər isə arxasında tutaraq qaldırmağa çalışdıq. Onların gücü çatmadı, qurğu aşdı, altında qaldım”,- şikayətçi bildirib.
Fotolar: Meydan TV
İlmar Əliyev dərhal xəstəxanaya yerləşdirilib və bir neçə dəfə əməliyyat olunub: "Həkim növbəti dəfə MRT müayinəsinə göndərəndə məlum oldu ki, əvvəlki müayinə xəsarəti tap göstərməyib. Dizimə implant qoydular. Əməliyyatdan əvvəl mərkəzin rəhbərliyi müalicə xərclərinin qarşılanacağına söz verdi. Əməliyyat xərclərinin müəyyən faizini sığorta qarşıladı. 1500 manat isə özüm ödədim və bunu təsdiq edən qəbzlər də var”.
Şikayətçi deyib ki, ona məvacib də ödənilmir, bildirilir ki, çalışmadığından əmək haqqı ala bilməz.
Bakı Konqres Mərkəzindən isə Meydan TV-yə bildirilib ki, bu işlə məşğul olan əməkdaş məzuniyyətdədir, işə geri dönəndən sonra açıqlama verə biləcəklər.

Şikayətçi deyir ki, əməliyyat xərci qarşılanmayıb. Əməliyyatdan sonrakı dövrdə də müalicəni davam etdirməyə köməklik edilməyib. Əlillik dərəcəsi də elə bu səbəbdən verilmir: "6 aydan sonra Dövlət Əmək Müfəttişliyi Xidmətinə müraicət etdim və istehsalatda xəsarət aldığım təsdiqləndi. Buna baxmayaraq maddi-mənəvi ziyan ödənilmir. Tərslikdən yoldaşım qışda qarda sürüşərək yıxılıb və o da ayağından ciddi xəsarət alıb, işləyə bilmir”.

Qlobal.az