SON XƏBƏR

İŞİD-in yeni lideri türk oldu

Oktyabr 29
12:06 2019
Ötən günlərdə zərərsizləşdirilən İŞİD lideri Əbubəkr əl-Bağdadinin tapılmasında 5 köməkçisindən biri İsmail Əl İthavinin verdiyi məlumatlar əhəmiyyətli rol oynayıb.

Qaynarinfo xəbər verir ki, 55 yaşlı İthavi 2018-ci il 8 fevralda Türkiyədə həbs edilib. Burada 6 gün ərzində ifadə verən terrorçu daha sonra İraqa ekstradisiya edilib. İ.İthavi İraqda ABŞ Mərkəzi Kəşfiyyat Agentliyi tərəfindən sorğu-suala çəkilib. Ona İraqda edam cəzası verilib. 

İraq kəşfiyyatı İthavinin "Telegram" hesabından istifadə edərək İŞİD-in yüksək rütbəli şəxsləri olan Səddam Əl Camal, Məhəmməd Əl Qadir, Ömər Əl Kərbuli və Əssam Əl Zavbayın İraqa gəlməsinə və həbs edilməsinə nail ola biliblər. 

Bağdadda edam cəzası verilən İsmail Əl İthavi 2019-cu ildə Suriyanın İdlib şəhərində görülüb. Onun İraqı necə tərk etməyi məsələsinə aydınlıq gətirilməyib. Məlumata görə, İŞİD üzvünün təqib edilməsi Bağdadinin yerinin müəyyənləşdirilməsində vacib rol oynayıb. Terrorçu liderin yeri tapılandan sonra 5 ay ərzində bölgə peyk və "drone"lar vasitəsilə izlənilib. Prosesdə Suriya Demokratik Qüvvələri ABŞ-la kəşfiyyat məlumatları paylaşaraq iştirak edib. 

Qeyd edək ki, Bağdadinin xələfi Hacı Abdullah əl-Afari ləqəbli Abdullah Qardaş Təlafər türkmənidir.





Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook