SON XƏBƏR

İslamiada: 4 növdə mübarizə yekunlaşır, 2-də başlayır

May 17
08:49 2017
"Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında bu gün 11 növ üzrə mübarizə gedəcək. "Report"un məlumatına görə, Azərbaycan idmançıları stolüstü tennis istisna olmaqla, qalan növlərin hamısında iştirak edəcəklər.
 
Atıcılıq, üzgüçülük, su polosu və ağırlıqqaldırma üzrə son medallar sahiblərini tapacağı halda, güləş və stolüstü tennis yarışları start götürəcək. Boks və qadın voleybolçuların mübarizəsində finalçılar müəyyənləşəcək. Azərbaycanın 7 boksçusu yarımfinal döyüşlərinə çıxacaq. Voleybolda isə rəqib Tacikistan yığması olacaq. Su polosunda Azərbaycan - Səudiyyə Ərəbistanı matçının qalibi bürünc medala sahib olacaq.
 
Atletika / para-atletika və taekvondoda da Azərbaycanın aktivinə növbəti medalların yazılacağı gözlənilir.
 
Atletika
 
Kişilər 200m: Arif Abbasov, Yevgeni Kasilov
Kişilər 110m sədlərlə qaçış: Final. Rahib Məmmədov
Kişilər Üç təkanla tullanma: Final. Aleksis Kopello, Nazim Babayev
Kişilər 100m T12 (para-atletika): Elmir Cəbrayılov, Teymur Qasımov
Kişilər Lövhə atma F56 (para-atletika): Oloxan Musayev
Kişilər Lövhə atma F57 (para-atletika): Final. Samir Nəbiyev
Qadınlar 200m: Nazan Azməmmədli, Zəkiyyə Həsənova
Qadınlar Nüvə itələmə: Final. Hanna Skidan
Qadınlar Şüvüllə tullanma: Final. Yelena Qladkova
 
Bakı Olimpiya Stadionu
 
Boks
 
56 kq. Tayfur Əliyev - Abdulxay Şaraxmatov (Özbəkistan)
60 kq. Cavid Çələbiyev - Sultan Zaurbek (Qazaxıstan)
69 kq. Tamerlan Abdullayev - İlya Oçkin (Qazaxıstan)
75 kq. Kamran Şahsuvarlı - Yunnes Qarrumi (Mərakeş)
81 kq. Rauf Rəhimov - Abdelrahman Abdelqavvad (Misir)
91 kq. Teymur Məmmədov - Ala Eldin Qussun (Suriya)
+91 kq. Məhəmmədrəsul Məcidov - Husseyn Yaşayş (İordaniya)
 
Bakı Kristal Zalı-2
 
Atıcılıq
 
Qarışıq komanda halında 10 metr pnevmatik tapança ilə atəş: Final. Nigar Nəsirova, Ruslan Lunyov, Zərifə Qasımova, Rəsul Məmmədov,
Qarışıq komanda halında dairəvi stend: Emin Cəfərov, Nurlana Cəfərova, Niyaz Ağazadə, Rigina Mehtahəddinova
Bakı Atıcılıq Mərkəzi
 
Üzgüçülük
 
Kişilər
 
50 metr batterflyay (Delfin): Təsnifat mərhələsi. Boris Kirillov, Yevgeni Lazuka
4 X 100 metr kompleks estafet: Mərakeş, Qətər, Pakistan, AZƏRBAYCAN, Əlcəzair, İndoneziya, İran, Türkiyə
 
Qadınlar
 
400 metr sərbəst: Final. Fatimə Alkərəmova
100 metr batterflyay (Delfin): Alsu Bayramova, İlahə Rəciyeva
4 X 100m kompleks estafet: Əlcəzair, Türkiyə, AZƏRBAYCAN, İndoneziya, Pakistan
Bakı Su İdmanı Mərkəzi
 
Stolüstü tennis
 
Kişilər
 
Fərdi
1/16 final
Yu Xinhanq - Salah Aldin Albaluşi (BƏƏ)
 
Qadınlar
 
1/8 final
Miao Vanq - Ahd Menavi (Fələstin)
"Sərhədçi" Olimpiya İdman Mərkəzi
 
Taekvondo
 
Kişilər
 
68 kq
1/4 final. Ayxan Tağızadə - Nurmırat Berkeliyev (Türkmənistan) / Rohullah Nikpa (Əfqanıstan) cütünün qalibi
80 kq
1/4 final. Milad Beigi Harçeqani - İjaz Ahmad (Pakistan) / Majed Almabruk (Səudiyyə Ərəbistanı)
+87 kq
1/4 final. Radik İsayev - Şah Adil (Pakistan)
 
Qadınlar
 
67 kq
1/4 final. Fəridə Əzizova - Parisa Javadikuşaksaray (İran)
Bakı İdman Sarayı
 
Voleybol
 
Kişilər
 
A qrupu
10:00. Pakistan - Fələstin
12:30. Azərbaycan - Türkmənistan
Xal durumu: Azərbaycan - 8 xal (3 oyuna), Türkiyə - 6 (3), Türkmənistan - 3 (2), Pakistan - 1 (2), Fələstin - 0 (2)
 
Qadınlar
 
Yarımfinal
 
17:00. Azərbaycan - Tacikistan
19:30. Türkiyə - Qırğızıstan
Bakı Kristal Zalı-1
 
Su polosu
 
16:30. İran - Türkiyə
18:00. Azərbaycan - Səudiyyə Ərəbistanı
Xal durumu: Türkiyə - 9, İran - 9, Səudiyyə Ərəbistanı - 3, Azərbaycan - 3, İndoneziya - 0.
Su Polosu Arenası
 
Ağırlıqqaldırma
 
Kişilər
 
+105 kq: Azər Məmmədli
Qadınlar
90 kq: Fidan Əbdürəhmanova
 
Ağır Atletika Arenası
 
Yunan-Roma güləşi
 
1/4 final
59 kq. Murad Məmmədov - Mohammad Nurbaxş (İran)
71 kq. Rəsul Çunayev - Akrem Bucemlin (Əlcəzair)
80 kq. Rafiq Hüseynov - Atabek Azisbekov (Qırğızıstan)
98 kq. Orxan Nuriyev - Tayab Raza (Pakistan)
Heydər Əliyev adına Arena



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook