"İslamiada bizim üçün böyük şansdır, bundan maksimum yararlanmalıyıq" - Ruslan Abışov
May 09
10:00
2017
IV İslam Həmrəyliyi Oyunlarında iştirak edən Azərbaycanın 23 yaşadək futbolçulardan ibarət yığma komandasının kapitanı Ruslan Abışov Kamerunla oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. "Report"un məlumatına görə, təcrübəli yarımmüdafiəçi əvvəlcə qolsuz nəticələnən qarşılaşmanı dəyərləndirib...
- İlk oyunlar həmişə çətin olur. Rəqib isə əsas favoritlərdəndir. Düzdür, o qədər də qol epizodumuz olmadı. Amma bir-iki epizodda fərqlənərək, qələbə qazana bilərdik. Artıq bu oyunu unudub Səudiyyə Ərəbistanı ilə görüşə ciddi hazırlaşmalıyıq. Yaxşı dincəlmək lazımdır. Fikrimiz yalnız qrupdan çıxmaqdır. Çalışacağıq ki, yarımfinalda və finalda çıxış edək.
- Bir kapitan kimi necə düşünürsən: Səncə, heyətdəki bütün oyunçular İslamiadanı ciddiyə alır?
- Əlbəttə. Şəxsən mənim fikrimcə, bu, hər bir futbolçuya qismət olmur. Çünki 4 ildə bir dəfə keçirilir. Deyərdim ki, İslamiadada zəfər də futbolçular üçün olimpiya çempionluğu kimi bir şeydir. Baxmayaraq, ki, biz futbol üzrə Avropa və dünya çempionatlarında, olimpiadalarda iştirak etmirik. İslamiada bizim üçün böyük şansdır. Bundan maksimum yararlanmalıyıq. Məncə, hər bir futbolçunun karyerasında bu medal ən yüksəkdə durmağa layiqdir. Azərbaycan çempionu olsan da, kuboku qazansan da, məncə, bu medalın yeri tam fərqlidir.
- U-23 yığmasında özünü necə hiss edirsən?
- Sağ olsunlar, uşaqların hamısı bizə - mənə, Rəşad Sadiqova və Ağabala Ramazanova çox böyük hörmət edir, hər zaman bizi dinləyirlər. Baxmayaraq ki, Ramazanov onlarla tay-tuşdur. Biz də çalışırıq ki, onlara böyük kimi, təcrübəli futbolçu kimi maksimum dəstək olaq. Həmin futbolçular da özlərini meydanda yaxşı tərəfdən göstərsinlər. Məncə, bu medal bizdən çox onların özlərinə lazımdır.
- Kamerun qrupun favoriti sayılırdı. Bu nəticə qrupdan çıxmağa inam yaratdımı?
- Düzdür, Səudiyyə Ərəbistanı ilə Mərakeşin oyununa baxmamışıq. Yəqin ki, o oyunu da analiz, təhlil edəcəyik. Amma əsas məqsədimiz qrupdan çıxmaqdır. Sona qədər mübarizə aparacağıq.
- Yorğunluq var?
- Əlbəttə, belə meydanda yüz faiz yorğunluq var. Mayın 11-də yenidən oyuna çıxacağıq. Maksimum dərəcədə dincəlmək lazımdır ki, ərəblərlə oyuna daha hazırlıqlı vəziyyətdə olaq.
- Bir çox fərdi növdə azarkeşlər idmançılarımızdan daim qızıl medal gözləyir. Bəs futbol yığmamızdan necə?
- Biz də ona çalışacağıq ki, komanda şəklində tarixi nəticəyə imza ataq. Hamımızın məqsədi budur. Doğrudan da ürəkdən istəyirik.
- Gözləmək olardı ki, açılış oyununuza daha çox azarkeş gələcək. Hətta biletlərin hamısının satılıb qurtardığı deyilirdi...
- Açığı, mən də eşitmişdim ki, futbola bütün biletlər satılıb. Amma yəqin ki... Bu gün iş günüdür. Saat 18:00-da iş vaxtı qurtaranlar üçün oyunun başlama saatı normaldır. İnanırıq ki, yarımfinal və finala çıxsaq, daha çox azarkeş görəcəyik.
- İslamiadadan sonra əsas millinin düşərgəsinə yollanmalısan...
- Onsuz da buna hazır idik. Bilirdik ki, çempionat qurtarandan sonra 40 günlük ağır dövr olacaq. Şəxsən mən İslamiadada finaladək irəliləmək, sonra isə əsas milliyə qoşulmaq istəyirəm. İyunun 10-da Şimali İrlandiya ilə Bakıda vacib oyunumuz var. Maksimum hazırlaşaraq, qələbə qazanmağa çalışacağıq.
- Digər futbolçular səndən çox istirahət edəcəklər. Buna görə onlara həsəd aparmırsan?
- Açığı, normal halda çempionat mayın sonlarında başa çatır. O mənada elə fikirləşirəm ki, biz çempionat oyunlarına hazırlaşırıq. Bu, normaldır. Çünki neçə ildir belə qrafiklə məşq edirik. Artıq buna öyrəşmişik. Düzdür, istirahət vaxtı az olur. Baxmayaraq ki, şəxsən özüm bu mövsüm zədələr üzündən çox istirahət etmişəm (gülür - red.).