SON XƏBƏR

İslamiadada bu gün nələr olacaq? - SİYAHI

May 15
10:36 2017
"Bakı-2017" IV İslam Həmrəyliyi Oyunlarında yarışların 3-cü gününə start verilir.

AzVision.az-ın məlumatına görə, bu gün 49, 56, 69 və +91 kq çəki dərəcələrində boksçuların mübarizəsi davam edəcək. 

Azərbaycanı bu çəki dərəcələrində Rüfət Hüseynov, Tayfur Əliyev, Tamerlan Abdullayev və Məhəmmədrəsul Məcidov təmsil edir.

12:00 - 14:00

Kişilər - birinci ən yüngül çəki (46-49 kq)
Kişilər - yarım-yüngül çəki (56 kq)

18:00 - 20:00

Kişilər - yarım-orta çəki (69 kq)
Kişilər - superağır çəki (+91 kq)

***

Bu gün futbol turnirində qrup oyunlarına yekun vurulacaq. Millimiz A qrupunda Mərakeş yığması ilə qarşılaşacaq.

12:30 - 14:30

Kişilər - komanda qrup oyunu B6 (Türkiyə - Fələstin)

12:30 - 14:30

Kişilər - komanda qrup oyunu B5 (Oman - Əlcəzair)

18:30 - 20:30

Kişilər - komanda qrup oyunu A5 (Kamerun - Səudiyyə Ərəbistanı)

18:30 - 20:30
Kişilər - komanda qrup oyunu A6 (Mərakeş - Azərbaycan)

***

İdman gimnastikası yarışlarında kişilər arasında sərbəst hərəkətlər, paralel qollar, halqalar, dayaqla tullanma, turnik və dəstəli atda, qadın gimnastlar arasında isə dayaqla tullanma, müxtəlif hündürlüklü qollar, sərbəst hərəkətlər və gimnastika tirində qaliblər müəyyənləşəcək.

Azərbaycanı kişilərin yarışında Murad Ağarzayev, Bense Talas və Timur Bayramov, qadınların mübarizəsində isə Marina Nekrasova, Yuliya İnşina və Ekaterina Tişkova təmsil edirlər.

*** 

Bu gün kişi və qadınlardan ibarət cüdo komandaları da yarışacaq.

10:00 - 15:27
Kişilər - komanda
Qadınlar - komanda

15:33 - 18:32
Kişilər - komanda
Qadınlar - komanda

***

Atıcılıq yarışlarında isə qadınlar arasında 50 m məsafəyə 3 vəziyyətdə tüfəng ilə atəş, dairəvi stend və komanda halında səngər stendi üzrə, kişilər arasında isə 50 m məsafəyə tapança ilə və 25 metr məsafəyə standart tapança ilə atəş açma üzrə ən güclülər məlum olacaq.

***

Həmçinin üzgüçülük yarışlarında həyəcan davam edəcək. Kişi idmançılar 50 m sərbəst, 100 m brass, 400 m fərdi kompleks, 100 m arxa üstə və 4X200 m sərbəst estafet, qadın üzgüçülər isə 200 m batterflay (delfin), 100 və 1500 m sərbəst, 100 m brass və 200 m arxa üstə üzmə üsulunda qalibləri müəyyənləşdirəcəklər.

***

Tennis turnirində kişilər və qadınlardan ibarət komandalar arasında ən güclülər məlum olacaq.

10:00 - 18:00

Kişilər komanda - Finallar

Kişilər komanda - Medal mərasimi

Qadınlar komanda - Medal mərasimi

Qadınlar komanda A qrupu - Seçmə mərhələsi

***

Voleybol yarışlarında qrup mərhələsinin oyunları davam edir.

10:00 - 12:30
Kişilər - komanda qrup oyunu A5 (Türkiyə - Pakistan)

19:00 - 21:30
Qadınlar - komanda qrup oyunu A5 (Türkiyə - Qırğızıstan)

21:30 - 23:59
Kişilər - komanda qrup oyunu B5 (Qətər - Səudiyyə Ərəbistanı)

***

Su polosunda millimiz Türkiyə ilə qarşılaşacaq.

16:30 - 17:30

Kişilər - komanda qrup oyunu A3-A4 (Səudiyyə Ərəbistanı - İndoneziya)

18:00 - 19:00

Kişilər - komanda qrup oyunu A1-A5 (Azərbaycan - Türkiyə)

***

Bu gün, həmçinin ağır atletikada ən ağır çəkini başı üzərinə qaldıran idmançılar məlum olacaq.

12:00 - 18:00

Qadınlar 63 kq

Kişilər 69 kq

Qadınlar 69 kq

Qadınlar 75 kq 


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook