İsmayıllıda velosiped zavodu açıldı, amma Bakıda ancaq Çin velosipedləri satılır
Yanvar 26
11:20
2017
Ötən il açılışı olan velosiped zavodu fəaliyyətini dayandırıb, yoxsa...
Bakıda brend mağazalarda Almaniya və Fransa velosipedləri, yol kənarlarında isə Çin istehsalı olan velosipedlər satılır. Bəs yerli istehsalımız olan "İSMA BİKES”in məhsulları niyə paytaxtda gözə görünmür?
Ötən ilin avqust ayında İsmayıllının Diyallı kəndi ərazisində "İSMA BİKES” velosiped istehsalı zavodunun açılışı oldu. Açılışına prezident İlham Əliyevin də qatıldığı zavodun istehsal gücünün ildə 20-30 min velosiped olduğu bildirildi. Zavod haqqında məlumatda qeyd olunurdu ki, müəssisə Bolqarıstan, Danimarka, Niderland, Çin və Türkiyə istehsalı olan avadanlıqlarla təchiz edilib və zəruri infrastrukturu ilə Qafqazda yeganə olan bu zavodun məhsulları yüksək keyfiyyəti ilə seçiləcək.
Lakin əldə etdiyimiz məlumata görə, zavodun fəaliyyəti hələ ki tam şəkildə qurulmayıb və istehsal da çox aşağı səviyyədədir. İddia olunur ki, zavod hətta fəaliyyət göstərmir...
Paytaxt ərazisində yerləşən velosiped mağazalarında müxtəlif qiymətlərlə fərqli markaların satıldığını müşahidə etdik. Öyrəndik ki, əsasən yol kənarlarında, kiçik mağazalarda satılan velosipedlər Çində istehsal olunur. Bunların keyfiyyəti və qiyməti isə nisbətən aşağıdır. Belə ki, mağazalarda Çin istehsallı velosipedlərin qiyməti 170-180 manatdan başlayır. Metronun "Neftçilər” stansiyası yaxınlığında yerləşən velosiped mağazasında bildirdilər ki, onlar "İSMA BIKES” velosipedlərini satmırlar. Satıcı bildirdi ki, zavodun fəaliyyəti qənaətbəxş deyil. Ona görə də onlar zavoddan mal ala bilmirlər: "Təbii ki, öz istehsalımız olan məhsulu satmaq bizim üçün də faydalıdır. Ancaq bizdə olan məlumata görə, həmin zavod hələ ki istehsala başlamayıb”.
Metronun "Xətai” stansiyasının yaxınlığında yerləşən velosiped mağazasında da oxşar vəziyyətin şahidi olduq. Burada bildirdilər ki, bütün velosipedləri "Sədərək” bazarından gətirirlər və onların arasında "İSMA BIKES” yoxdur. Satıcı bildirdi ki, mövsümlə əlaqədar olaraq hazırda mal gətirmirlər:
"Biz əsasən velosipedləri ”Sədərək" bazarından alırıq. Burada Çin, Rusiya istehsalı olan velosipedlər var. Qiymətlər isə keyfiyyət və modelə uyğun olaraq dəyişilir. Hazırda mağazada 300 manatdan başlayan qiymətlərlə velosipedlər satırıq. Lakin bir məsələ var ki, hazırda heç "Sədərək” bazarı da yeni mal gətirmir. Daha çox yay aylarında bazarda aktivlik olur. Açığı, İsmayıllıdakı zavod barəsində bizdə hər hansı bir məlumat yoxdur. Ancaq düşünürəm ki, yəqin onlar da öz məhsullarını yay aylarında bazara çıxaracaqlar. Çünki adətən bu cür olur".
"Gənclik” ticarət mərkəzində yerləşən idman mağazasına da yollandıq. Orada da "İSMA BİKES” velosipedlərinə rast gəlmədik. Müşahidə etdik ki, brend idman mağazalarının əksəriyyətində satılan velosipedlər Almaniya və Fransa istehsalıdır. Qiymətləri isə necə deyərlər, "əl yandırır”. Belə ki, öyrəndik ki, mağazada satılan Fransa istehsalı olan velosipedlərin qiyməti 650 manatdan başlayır. Almaniya istehsalı olan velosipedlərin ən ucuzunu 1200 manata əldə etmək olar. Mağazadakı mütəxəssislər bildirdilər ki, qiymətlər əsasən materiala (alüminium) görə dəyişir. Almaniya velosipedlərinin baha olmasının səbəbi də məhz materialın keyfiyyətli olmasıdır. Bildirdilər ki, onlar yerli istehsalın satışına yer vermirlər. Ona görə də İsmayıllıdakı zavodun istehsalı barəsində məlumatlı deyillər: "Bazarda onların məhsullarına rast gəlməmişik. Məncə, ildə 30 min velosiped istehsal etməyə onların gücü çatmaz. Çünki bunun üçün kifayət qədər böyük miqdarda alüminium lazımdır”.
Bunun üçün də boyaması da fərqli olur...
Bazarlarda niyə onların məhsuluna rast gəlinməməsi ilə bağlı "İSMA BİKES”lə əlaqə qurmağa cəhd göstərdik. Ötən aya qədər zavodun istehsal müdiri və baş direktor vəzifəsini müvəqqəti icra edən Elnur Əliyev "Yeni Müsavat”a bildirdi ki, zavodun fəaliyyəti dayanmayıb: "Dekabr ayından etibarən, zavoddakı işimdən ayrılmışam. Ancaq orada çalışmasam da deyə bilərəm ki, zavodun fəaliyyəti dayanmayıb. Hazırda istehsal prosesi davam etdirilir. Sadəcə olaraq, düşünürdük ki, yay aylarında tələbat olduğu üçün biz də məhsulları o zaman bazara çıxaraq. Bir ay öncə müxtəlif model velosipedlərin hissəli istehsalı gedirdi. Hazırda isə onların bazara çıxarılıb-çıxarılmaması haqda məlumatım yoxdur”.
Zavodun hazırkı vəziyyəti ilə bağlı məlumat almaq cəhdimiz isə baş tutmadı.
(Musavat.com)

Məsələ ilə bağlı Bakı şəhərində yerləşən velosiped mağazalarına yollandıq. Məqsədimiz orada bu zavodun istehsalı olan velosipedlərin satılıb-satılmamasını öyrənmək idi.

Qısa olaraq qeyd edək ki, velosipedin gövdəsi alüminiumdan düzəldilir. Mağazalarda velosipedin keyfiyyəti ilə maraqlanan zaman satıcılar adətən "model 6 minlik, 7 minlik alüminiumdan hazırlanıb”- deyə, bildirirlər. 7 minlik alüminiuma sink və maqnezium (qismən mis) da qatılır. Bununla da pasa qarşı müqavimət artır. Alüminiumun 6000-lik ərintisinə isə silisium və maqnezium qatılır. Bunlarda isə pasa qarşı müqavimət aşağıdır.