SON XƏBƏR

İspaniya hökuməti Rusiyanın iki diplomatının ölkədən çıxarılması barədə qərarını açıqlayıb

Aprel 10
01:45 2018
İspaniya hökuməti Böyük Britaniya, ABŞ, Kanada və bir sıra Avropa İttifaqı dövlətlərinə qoşularaq, Rusiyanın iki diplomatının ölkədən çıxarılması haqqında qərar verib.
 
AZƏRTAC xəbər verir ki, ölkəni yeddi gün ərzində tərk etməli olan diplomatların adları və vəzifələri haqqında məlumat verilmir. Xarici İşlər Nazirliyinin mövzu ilə bağlı açıqlamasında bildirilir ki, İspaniya hökuməti lap əvvəldən Solsberidə baş verən zəhərləmə faktını xüsusi ağır cinayət və kollektiv təhlükəsizliyə qarşı atılan addım hesab edib.
 
Rusiyanın İspaniyadakı səfiri Yuri Korçaqin fəaliyyət göstərdiyi ölkənin mətbuatına bildirib ki, bu qərar onu təəccübləndirib və artıq Avropa İttifaqını tərk etməkdə olan Böyük Britaniya ilə həmrəylik nümayişini anlamır.
 
Xatırladaq ki, martın 4-də Britaniyada yaşayan keçmiş kəşfiyyatçı Serqey Skripal və onun qızı Yuliya zəhərləniblər. Britaniya hökuməti bu işdə Rusiyanı ittiham edir. Rusiya tərəfi isə bunu təkzib edir.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook