SON XƏBƏR

İspaniya millisinin baş məşqçisi məğlubiyyətə görə üzr istəyib

Dekabr 07
01:15 2022
İspaniya millisinin baş məşqçisi Luis Enrike Qətərdə keçirilən dünya çempionatının 1/8 final mərhələsində Mərakeş yığmasına məğlub olduqları üçün üzr istəyib.

"Report"un məlumatına görə, 52 yaşlı mütəxəssis yerli telekanallardan birinə müsahibəsində məyus olduqlarını söyləyib.

İspaniyalı baş məşqçi bildirib ki, fanatlar komandanı sonadək dəstəkləsələr də, mundialda mübarizəni dayandırdılar: "Bağışlayın! Bizə görə həyəcanlandınız. Əmin olun ki, meydanda var gücümüzü ortaya qoyduq. İndi bizə yalnız Mərakeşi təbrik etmək qalır".

Qeyd edək ki, görüşün əsas və əlavə vaxtı qolsuz başa çatıb. Penaltilər seriyasında daha dəqiq oynayan (3:0) Afrika təmsilçisi tarixində ilk dəfə 1/4 finala yüksəlib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook