İspaniyada 1 milyonluq saatı oğurlanan gənc hansı məmurun oğludur?
İyun 27
02:35
2019
"Daily Mail” qəzetinin yazdığına görə, İspaniyanın İbiza adasında 22 yaşlı Azərbaycanlı turist soyğunçuluğa məruz qalıb.
Qəzetin yazdığına görə gənc turistin qarşısını kəsən quldur onu döyərək, qolundakı dəyəri 1 milyon funt-sterlinq olan "Mille 50-03 McLaren F1” markalı saatını əlindən alıb.
Ölkə ictimaiyyətində, eləcə də sosial şəbəkələrdə 1 milyon funtluq saat taxan azərbaycanlı gəncin kimliyi ciddi müzakirə mövzusuna çevrilib.
Araşdırmaçı jurnalist Cavanşir Həsənli feysbuk səhifəsində 1 milyon funtluq saatı oğurlanan gənci məmur oğlu olduğunu yazıb: "Onun haqqında yazmışdım, 19 yaşında İngiltərənin milyonerləri sırasında idi. Dövlət Avtomobil Yolları Dövlət Agentliyinin rəhbəri Saleh Məmmədovun 1997-ci il təvəllüdlü oğlu Sübhan Məmmədlini deyirəm. 2015-ci ildən indiyə kimi Londondakı King’s College-də təhsil alır, Avstriyada və Britaniyada atasının yollardan yığdıqlarının hesabına çoxmiyonlu şirkətlər açıb. Londonda Camellia House-də 5 milyonluq mənzil sahibidir".