SON XƏBƏR

İspaniyada parlament seçkilərinin nəticəsi müəyyənləşdi

Noyabr 11
10:51 2019
Ötən gün İspaniyada baş tutan parlament seçkilərinin nəticəsi müəyyənləşib.

Qaynarinfo xəbər verir ki, nəticələrə görə, hakim Sosialistlər Partiyası üstünlük qazansa da, parlamentdə qazandığı yerlərin sayı azalaraq təxminən 120-yə bərabər olub. Xalq Partiyası 88 yer qazana bilib. Radikal sağ cinahın nümayəndəsi Vox Partiyası nəticələrini 2 dəfə yaxşılaşdıraraq əldə etdiyi yerlərin sayını 52-yə bərabərləşdirib.

Sosialistlər Partiyası seçkidə hökumət qurmaq üçün lazımi üstünlüyü qazana bilmədiyi üçün koalisiya hökumətinin qurulması gözlənilir.

Qeyd edək ki, İspaniyada son 4 ildə 4 seçki baş tutub.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook