SON XƏBƏR

İspanlar Hacı İbrahimdən Fransa səfirliyinə şikayət etdi - ŞOK

Mart 22
11:23 2016
Ötən mövsüm futzal üzrə ölkə çempionu olmuş "Xazar Aylands" klubunun 2 ispan oyunçusu - Karlos Anos Rodriqes, Lolo Xarke və fiziki hazırlıq üzrə məşqçi Anxel Qamelya Fransanın Bakıdakı səfirliyinə şikayət edib.
 
Qaynar.info-ya daxil olan məlumata görə, ispanları narazı salan məqam artıq dağılmış olan bu komandanın sahibi Hacı İbrahim Nehrəmlidən ötən mövsümün 2 ayının maaşını almamalarıdır. Halbuki digər oyunçular və məşqçilərə ötən ay maaşları verilib. Bundan xəbər tutan ispanlar da ölkələrinin Azərbaycanda nümayəndəliyi olmadığı üçün Fransanın Bakıdakı səfirliyinə şikayət etməli olublar.
 
Daha bir maraqlı məqam ondan ibarətdir ki, ispanlar ölkəmizi tərk edərkən maaş ala bilmədikləri üçün "Qarabağ"ın ispaniyalı yarımmüdafiəçisi Dani Kintanadan borc alıblar. Hazırda ispan futzalçıların meneceri də məsələyə qarışıb və Hacı İbrahim Nehrəmlidən müştərilərinin pullarını alacağına ümid edir.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook