İsrafçılıq var, yoxsa Tarif Şurası şər atır?
Noyabr 30
23:07
2016
Tarif Şurasının noyabrın 28-dəki toplantısında qazın və elektrikin qiymətləri qaldırılıb. Hər iki əmtəə üzrə diferensial qiymət tətbiq ediləcək. Belə ki, illik istehlak həcmi 1500 kubmetrədək olan istehlakçılardan ötrü qazın qiyməti dəyişdirilmir və bir kubmetr üçün mövcud 10 qəpik səviyyəsində saxlanılır, ancaq... Ancaq illik istehlak həcmi 1500 kubmetri aşan hissə bir kubmetrə görə 20 qəpik ödəyəcək. Aylıq istehlak həcmi 250 kilovat/saatdan çox olan elektrik istehlakçılarına da hər əlavə kilovata 11 qəpik ödəniş müəyyən edilib.
Tarif Şurası hesab edir ki, istehlak həcminə görə diferensiallaşdırma və optimallaşdırma bir ailənin təbii qaz və elektrik enerjisi xərclərini sabit saxlamaqla yanaşı, israfçılıq hallarının ləğvinə stimul verəcək. Həqiqətənmi israfçılıq var? Və ya bir ailə əgər lazımi həcmdən artıq elektrik, ya da qaz istehlak edirsə və pulunu ödəyirsə, Şura bundan niyə narahatdır?
İqtisadçı-ekspert Rövşən Ağayev deyir ki, həm təbii qaz, həm də elektrik enerjisinin faktiki istehlak həddi hökumətin rəsmi təsdiqlədiyi minimum səviyyəyə yaxındırsa, burda israfçılıqdan danışmağın yeri qalmır:
- Rəsmi statistikaya görə, hazırda Azərbaycanda 1.9 milyon ev təsərrüfatı təxminən 2.8 milyard kubmetr təbii qaz istehlak edir. Bu, bir ev təsərrüfatının ayda, təxminən, 120 kubmetr təbii qaz istehlakı deməkdir. Bizim rəsmi statistika «orta statistik ailə» dedikdə, orta hesabla, hər 100 ailəyə 450 nəfər nəzərdə tutur. Bu rəqəmdən çıxış etsək, bir nəfərin orta aylıq istehlakı 27 kub edir. Nazirlər Kabinetinin təsdiqlədiyi minimum kommunal xidmət normativinə görə isə, bir nəfərin minimal aylıq istehlakı 21 kub olmalıdır.
- Bəs elektrik istehlakında durum necədir?
- Yenə rəsmi statistikaya görə, hazırda Azərbaycanda 2.3 milyon ev təsərrüfatı təxminən 8 milyard kVt/saat elektrik enerjisi istehlak edir. Bu, bir ev təsərrüfatının ayda təxminən 290 kVt/saat elektrik istehlakı deməkdir. Yenə də rəsmi statistikanın «orta hesabla hər 100 ailəyə 450 nəfər» rəqəmindən çıxış etsək, bir nəfər üçün orta aylıq istehlak 64 kVt/saatdır. Nazirlər Kabinetinin təsdiqlədiyi minimum kommunal xidmət normativinə görə isə, bir nəfərin minimal aylıq istehlakı 50 kVt/saat elektrik enerjisi olmalıdır.
- Başqa ölkələrin təcrübəsinə baxdıqda istehlak fərqi varmı?
Müqayisə üçün deyim ki, Azərbaycanda adambaşına elektrik enerjisi istehlakı inkişaf etmiş ölkələrlə müqayisədə təxminən 2 dəfə azdır. İnkişaf etməkdə olan ölkələrlə isə eyni həddədir. Ümumiyyətlə, hazırda orta hesabla, dünyada 1 ev təsərrüfatına elektrik enerjisi istehlakı 3.5 min kVt/saat ətrafındadır. Azərbaycanda da bu qədərdir. Böyük Britaniya, Fransa və ABŞ-da 6.5-7 min kVt/saat ətrafındadır. Bu baxımdan, bizim ev təsərrüfatlarının istehlak səviyyəsi «israfçı» standartına uyğun deyil.
Azadliq.org