SON XƏBƏR

İsrail 40 girov müqabilində 700 fələstinlini azad etməyə hazırdır

Mart 25
13:18 2024
İsrail ABŞ-ın HƏMAS-ın 40 girovu müqabilində 700-ə yaxın fələstinli məhbusu azad etmək təklifi ilə razılaşıb. 

Qaynarinfo xəbər verir ki, bu barədə Amerikanın CNN telekanalının mənbələri və bir sıra İsrail KİV-ləri, o cümlədən "The Times of Israel" və "Walla" məlumat yayıb. 

Tərəflər Fələstin hərəkatından cavab gözləyirlər.

Təklif Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börns tərəfindən irəli sürülüb. Digərləri arasında Təl-Əviv israilliləri öldürdüyünə görə ömürlük həbs cəzası çəkən 100 fələstinlini azad etməyə hazırdır.

Digər məsələlər, o cümlədən humanitar yardımın çatdırılması və İsrail hərbçilərinin Qəzza zolağında olması məsələsi hələ də həllini tapmayıb. İsrailin Qəzza zolağının şimal hissəsinə mülki şəxslərin qaytarılması ilə bağlı ABŞ-ın təkliflərini müzakirə etməyə hazır olduğu iddia edilir. Birinci mərhələdə İsrail girovlarının azad edilməsinə başlandıqdan sonra 2 mindən çox fələstinli anklavın şimalına qayıda biləcək.

İsrail anklavın şimalından qaçan 1,3 milyondan çox fələstinlinin sığındığı Qəzza zolağının cənubundakı Rəfahda genişmiqyaslı əməliyyat keçirməyə hazırlaşır. ABŞ mülki şəxslərin təxliyyə edilmədiyi əməliyyata qarşıdır.

İsrail və HƏMAS arasında müharibə Fələstin hərəkatının 2023-cü il oktyabrın 7-də İsrail ərazisinə hücumu ilə başlayıb. 1,2 min israilli öldürülüb, 5,4 min nəfər yaralanıb, 200-dən çox israilli və əcnəbi girov götürülüb. İsrail cavab hərbi əməliyyatı həyata keçirir, nəticədə 32 minə yaxın fələstinli həlak olub, 74 minə yaxın insan isə yaralanıb.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook