SON XƏBƏR

İsrail HƏMAS-ın Qəzzadakı liderini fərari adlandırdı

Fevral 22
01:17 2024
İsrailin müdafiə naziri Yoav Qalant bildirib ki, HƏMAS-ın Qəzza zolağındakı rəhbəri Yəhya Sinvar hərəkatın liderindən fərariyə çevrilib. 

Qaynarinfo TASS-a istinadən xəbər verir ki, o, bu barədə Şimali Amerikadakı yəhudi təşkilatlarının rəhbərləri ilə görüşdə bildirib.

"Sinvar terror təşkilatının lideri olmaqdan fərariyə çevrildi", deyə Qalant bildirib.

O, həmçinin qeyd edib ki, İsrailin yeganə məqsədi HƏMAS-ı məhv etməkdir.

"Yalnız HƏMAS üzərində qələbə bizə region ölkələri ilə münasibətlərin normallaşmasına və regional inteqrasiyaya nail olmağa imkan verəcək", deyə nazir rəhbəri bildirib.

Dekabrda İsrailin baş naziri Benyamin Netanyahu Yəhya Sinvarın tutulmasını "zaman məsələsi" adlandırmışdı.

Yəhya İbrahim Həsən Sinvar Qəzzada HƏMAS hərəkatının rəhbəri və təşkilatın hərbi qanadının yaradıcılarından biridir. O, həm də HƏMAS-ın daxili təhlükəsizlik bölməsinin qurucularından biridir.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook