İsrail ilə HƏMAS arasında danışıqlar baş tuta bilər? (ŞƏRH)
Oktyabr 12
17:33
2023
"İsrail ilə HƏMAS arasında danışıqların baş tutması hələ mümkün deyil”.
Bunu Qaynarinfo-ya politoloq Taleh Əliyev İsrail XİN-in sözçüsü Lior Ben-Dorun HƏMAS-la danışıqların yalnız Təl-Əvivin Qəzzada qarşısına qoyduğu məqsədə çatması fonunda mümkün olduğu barədə səsləndirdiyi fikri şərh edərkən deyib.
Taleh Əliyev deyib ki, HƏMAS və fələstinlilər gözəl bilir ki, atdıqları hər bir yanlış addım ilk növbədə özləri üçün ağrılı olacaq:
"İsrail dövləti və xalqının qəflətən terror hücumuna məruz qalmasının bədəli təbii ki, ağır olmalı idi. Heç şübhəsiz prosesin ən böyük bədəl ödəyəni də HƏMAS qruplaşması və onun liderləri olacaq. Bu baxımdan, İsrail rəsmiləri də bildirir ki, HƏMAS-la təmasları yalnız Qəzza bölgəsindəki sonuncu terrorçunun zərərsizləşməsindən sonra mümkün olacaq. Prosesin gedişatı göstərir ki, müharibənin qısa müddətdə başa çatması ehtimalı azdır. Əksinə, müharibənin coğrafiyasının genişlənməsi ehtimalı hər keçən saat daha da artır. Livandakı "Hizbullah” qruplaşması da müharibəyə qoşulacağını bəyan edir. Prosesin uzanacağı təqdirdə, hətta HƏMAS-ın arxasında duran qüvvələrin Suriya ərazisindəki uzantılarının da müharibəyə cəlb ediləcəyi istisna edilmir. Ona görə də müharibənin müddətinin uzanması və onun coğrafiyasının genişlənməsi və prosesə cəld edilən qüvvələrin sayının artması ehtimalı indiki mərhələdə daha real görünür.
Müharibənin qısa müddətdə yekunlaşaraq İsrail dövlətilə HƏMAS qruplaşması arasında danışıqların başlanması ehtimalı inandırıcı deyil. İsrail rəsmisinin də dediyi kimi, onlar Qəzzada qarşıya qoyduqları məqsədə çatmayana qədər danışıqlar mümkün deyil. Proses hər halda müharibənin coğrafiyasının genişlənməsi və yaxud mövcud coğrafiyada qalmasından daha çox asılı olacaq. Yeni cəbhənin açılması danışıqların baş verməsini ümumiyyətlə mümkünsüz edəcək”.
Qeyd edək ki, İsrail Xarici İşlər Nazirliyinin mətbuat katibi Lior Ben-Dor HƏMAS qruplaşması ilə danışıqlar yalnız İsrailin Qəzzadakı əməliyyatın məqsədlərinə çatmasından sonra mümkün ola biləcəyini bildirib. O deyib ki, İsrail HƏMAS və "İslami Cihad” terror təşkilatlarına qarşı strateji məqsədlərə nail olana qədər hərbi əməliyyatları davam etdirməkdə israrlıdır.